Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya ilə həm Ukraynada, həm də İtaliyada birgə müdafiə sənayesi istehsal müəssisələri yaratdıqlarını bildirərək, iki ölkə arasında texnoloji və hərbi əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

İtaliyanın Corriere della Sera qəzetinə verdiyi müsahibəni sosial media hesabında paylaşan Zelenski İtaliyanın Baş naziri Corcia Meloni ilə çox yaxşı münasibətlərinin olduğunu və italyan xalqının dəstəyinə görə minnətdar olduqlarını bildirib.

Ukraynanın minnətdarlığını yalnız sözlərlə deyil, həm də döyüş meydanında qazandığı təcrübəni bölüşməklə göstərdiyini vurğulayan Zelenski bunları deyib:
“Onlar bizdən İtaliya və Avropa istehsalı olan silahların hansının işlədiyi, hansının işləmədiyi, eləcə də texnoloji baxımdan nələri təkmilləşdirdiyimiz barədə rəy alırlar. Bütün bunları italyan istehsalçıları ilə bölüşürük. İtaliyada və Ukraynada birgə istehsal müəssisələri yaratmışıq; bunlar Ukrayna-İtaliya şirkətləridir. Leonardo şirkəti ilə çox yaxşı münasibətlərimiz var. Onlara minnətdarıq və onlar da bizdən çox şey əldə edirlər. Bir-birimizi bu şəkildə dəstəklədiyimizə və italyanların texnoloji təcrübə səviyyəsinin yüksəldiyinə görə çox şadam. İtalyanlar İtaliyada açılan müəssisələrdə və zavodlarda çalışırlar. Düşünürəm ki, bu da çox vacibdir. Bu, təkcə məşğulluq demək deyil, həm də Ukrayna və İtaliya üçün dəstək deməkdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp