Kanadanın Baş naziri 1 milyard dollarlıq sərmayəni açıqlayıb
Ottava, 27 oktyabr (Hibya) - Kanadanın Baş naziri Mark Karni Ring of Fire bölgəsinə çıxışı təmin edəcək yol infrastrukturunun tikintisinə 1 milyard dollar sərmayə qoyacaqlarını açıqlayıb.
Kanadanın Baş naziri Mark Karni sosial şəbəkədə paylaşım edərək Ring of Fire bölgəsinə çıxışı təmin edəcək yol infrastrukturunun tikintisinə 1 milyard dollar sərmayə yatıracaqlarını bildirib.
Karni Ontario əyalətinin 1 milyard dollarlıq sərmayəsinə eyni məbləğdə töhfə verəcəklərini qeyd edib. O, paylaşımında yazıb: "Kanada dünyanın ehtiyac duyduğu kritik minerallara malikdir. Ring of Fire bölgəsinə aparan yolların tikintisi üçün Ontarionun 1 milyard dollarlıq sərmayəsinə biz də eyni məbləğdə vəsait ayırırıq. Kritik mineral təchizat zəncirimizi qurmaq üçün. 70 minədək iş yeri yaratmaq üçün."
Azərbaycan İnformasiya Agentliyi