İran ABŞ-ın dəniz blokadası planına reaksiya verdi
İran, ABŞ Prezidenti Donald Trampın ölkəyə qarşı uzunmüddətli dəniz blokadası hazırladığına dair xəbərlərdən sonra mümkün yeni hücuma “sərt cavab” veriləcəyi barədə xəbərdarlıq edib.
CCTV və beynəlxalq mediaya görə, Tramp İran iqtisadiyyatına və neft ixracına təzyiq göstərmək məqsədilə limanlara giriş-çıxışları bağlamağı nəzərdən keçirir. Blokadanın “yüksək riskli”, lakin digər variantlarla müqayisədə daha az riskli olduğu və Tehranın nüvə proqramı ilə bağlı güzəştlərə məcbur edilməsi məqsədi daşıdığı bildirilir.
İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib ki, Tehran ABŞ-ın mümkün dəniz blokadasına qarşı “bütün zəruri hazırlıqları” tamamlayıb.
Fərdosipur həmçinin Hürmüz boğazının yalnız İsrail və ABŞ-la əlaqəli gəmilər üçün bağlandığını təkrar edərək, İranın bu boğazda təhlükəsizliyi idarə etmək hüququna malik olduğunu qeyd edib.
BMT-nin Ticarət və İnkişaf Konfransının məlumatlarına görə, 27 fevraldan bəri Hürmüz boğazından keçən gəmilərin sayı 95,3 faiz azalıb. Bu isə qlobal ərzaq qiymətlərinin təxminən 6 faiz, Avropa bazarlarında isə xam neft qiymətlərinin təxminən 50 faiz artmasına səbəb olub.
Azərbaycan İnformasiya Agentliyi