Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın Baş naziri Mark Karni ölkə daxilində ixtisaslı peşə işçilərinin hazırlanması və işlə təmin edilməsi məqsədilə həyata keçirilən “Team Canada Strong” proqramı çərçivəsində təlimini yeni başa vurmuş işçilərə 5 min Kanada dolları məbləğində tamamlama bonusu veriləcəyini açıqlayıb.

Proqram çərçivəsində ölkə üzrə 100 minədək yeni ixtisaslı peşə işçisinin cəlb edilməsi, hazırlanması və işlə təmin olunması hədəflənir. Karni deyib: “Team Canada Strong ölkə daxilində 100 minədək yeni ixtisaslı peşə işçisini cəlb etmək, hazırlamaq və işə götürmək üçün həyata keçirdiyimiz milli təşəbbüsdür.”

Karni proqram çərçivəsində Red Seal ixtisas sertifikatını yeni əldə etmiş peşə işçilərinə 5 min Kanada dolları məbləğində bonus veriləcəyini bildirərək deyib: “Bu təşəbbüsün bir hissəsi olaraq, Red Seal sertifikatını yeni qazanan ixtisaslı peşə işçilərinə 5 min dollar tamamlama bonusu veririk.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp