Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl-Sani Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb. Danışıq zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələri və bu əlaqələrin gücləndirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.

Danışıqda regionda baş verən son hadisələr, gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə aparılan diplomatik səylər və birgə koordinasiya məsələləri də müzakirə olunub. Əl-Sani dəniz gəmiçiliyi azadlığını təmin edəcək həll yolunun tapılmasına və regionda davamlı sülhü təmin edəcək hərtərəfli saziş üçün zəmin yaradılmasına yönəlmiş diplomatik təşəbbüslərə Qətərin dəstəyini bir daha təsdiqləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp