Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsveçrənin federal xarici işlər naziri İqnatsio Kassis Laos Prezidenti Thongloun Sisoulith ilə iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın gücləndirilməsinə dair görüş keçirib. Kassis görüşün konstruktiv şəraitdə baş tutduğunu qeyd edib.

Laosun Ən Az İnkişaf Etmiş Ölkələr kateqoriyasından çıxmağa hazırlaşdığını bildirən Kassis İsveçrənin dayanıqlı inkişafı dəstəkləməyə davam edəcəyini vurğulayıb. O, xüsusilə su ehtiyatlarının idarə edilməsi və bəndlərin təhlükəsizliyi sahələrində dəstəyin davam etdiriləcəyini açıqlayıb.

Kassis Mekonq çayı üzrə əməkdaşlığın və Lozanna Federal Texnologiya İnstitutu (EPFL) ilə birgə həyata keçirilən yeni bənd mühəndisliyi proqramının iki ölkə arasındakı tərəfdaşlığın konkret nümunələri olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp