Koşta: Moldovanın Aİ-yə üzvlüyü ortaq məqsədimizdir
Brüssel, 8 oktyabr (Hibya) - Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Moldovanın Avropa İttifaqına üzvlüyünün ortaq məqsəd olduğunu bildirərək gələn həftə danışıqların iki fəsil qrupunun açılmasını gözlədiklərini deyib.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi telefon danışığı barədə açıqlama verib.
Koşta Moldovanın Avropa İttifaqına üzvlüyünün ortaq məqsəd olduğunu vurğulayaraq deyib: “Moldovanın Aİ-yə üzvlüyü bizim ortaq öhdəliyimiz olaraq qalır. Gələn həftə danışıqların iki fəsil qrupunun, ilin sonunadək isə qalan bütün fəsil qruplarının açılmasını gözləyirik”.
Telefon danışığında Moldovanın təhlükəsizlik vəziyyətinin də müzakirə edildiyini bildirən Koşta deyib: “Aİ Rusiyanın getdikcə daha ehtiyatsız xarakter alan hibrid kampaniyalarına qarşı cavabında birlik nümayiş etdirir”.
Azərbaycan İnformasiya Agentliyi