Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının Hazırlıq və Böhranların İdarəedilməsi üzrə Komissarı Hadja Lahbib bölgədəki humanitar vəziyyətin ciddiliyindən danışaraq əsas ehtiyaclara çıxışla bağlı çətinliklərə toxunub.

Bölgədəki vəziyyəti dəyərləndirən Lahbib deyib: “Yəməndə humanitar böhran kritik nöqtəyə çatır.”

Lahbib bildirib: “22 milyondan çox insan daha bir günü kifayət qədər qida, təmiz su və ya əsas səhiyyə xidmətləri olmadan keçirməyə məcburdur. 11 illik münaqişədən sonra ailələr tükənib və dolanışıqlarını təmin etməkdə çətinlik çəkirlər.”

Humanitar yardımın zəruriliyini və beynəlxalq ictimaiyyətin məsuliyyətini vurğulayan Lahbib deyib: “Ehtiyaclar çox böyükdür. Göz yuma bilmərik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp