Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Moskvada akkreditə olunmuş BRICS üzv və tərəfdaş ölkələrinin diplomatik missiya rəhbərləri ilə işgüzar nahar keçirib.

Görüş zamanı cari qlobal proseslər müzakirə olunub və Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunun qorunmasının əhəmiyyəti vurğulanıb. İştirakçılar qlobal idarəetmə sisteminin islah edilməsinin və beynəlxalq qərarların qəbulu proseslərində Qlobal Çoxluğu təmsil edən ölkələrin təsirinin artırılmasının vacibliyini qeyd ediblər.

Həmçinin BRICS-in beynəlxalq nüfuzunun gücləndirilməsi və əsas çoxtərəfli platformalarda üzvlər arasında koordinasiyanın artırılması istiqamətində ortaq qətiyyət ifadə olunub.

Tərəflər Hindistanın bu ilki BRICS sədrliyi çərçivəsində müəyyən etdiyi prioritetlərə uyğun olaraq qrup daxilində strateji tərəfdaşlığın inkişafı ilə bağlı hərtərəfli qiymətləndirmələr aparıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp