Quterreş: Turizm mədəniyyətlər arasında qarşılıqlı anlayışı gücləndirir
Madrid, 5 noyabr (Hibya) - Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT-nin Turizm Təşkilatının (UN Tourism) Baş katibi Şeyxa Əl Nuveys ilə görüşüb. Quterreş turizmin müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir-birinə yaxınlaşdıran mühüm vasitə olduğunu bildirib.
Quterreş sosial media hesabında paylaşdığı açıqlamada Əl Nuveys ilə BMT-nin Turizm Təşkilatının baş qərargahında görüşdüyünü bildirib.
Dünyada parçalanmaların yaşandığı bir dövrdə turizmin sadəcə bir sektor olmadığını vurğulayan Quterreş turizmin insanları bir araya gətirdiyini və mədəniyyətlər ilə sivilizasiyalar arasında qarşılıqlı anlayışın inkişafına töhfə verdiyini qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi