Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yeni Zelandiyanın Baş naziri Kristofer Luxon seçki kampaniyasının başa çatmasına az qalmış paytaxt Vellinqtonda partiyasının iqtisadi planını və seçki vədlərini təqdim edib.

Vergi artımının nəzərdə tutulmadığını bildirən Luxon büdcə profisiti hesabına gələcək nəsillərin borc yükü altında qalmasının qarşısını almağı hədəflədiklərini qeyd edib. Seçicilərə müraciət edən Luxon deyib: “Bu gələcəyə nail olmaq üçün Milli Partiyaya səs verməlisiniz”.

Üçillik müddətin qarşıya qoyulan məqsədlərə nail olmaq üçün kifayət etmədiyini bildirən Luxon seçkilərdə mühüm qərarların veriləcəyini vurğulayaraq, “İşi yarımçıq qoymayın. Milli Partiyaya səs verin” ifadələrini işlədib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp