Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov Vyetnamın xarici işlər naziri Le Hoai Trung ilə telefon danışığı aparıb.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə konkret əməkdaşlığın inkişaf etdirilməsi imkanları ilə yanaşı, turizm, mədəniyyət və humanitar əlaqələrin gücləndirilməsi məsələlərini də müzakirə ediblər. Görüş zamanı həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Saidov iki ölkə arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək və praktiki əməkdaşlıq vasitəsilə konkret nəticələr əldə etmək əzmini bir daha təsdiqlədiklərini bildirərək, “Özbəkistan-Vyetnam münasibətlərinin daha da gücləndirilməsini müzakirə etdik” deyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp