Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Cümə günü Fransa müdafiə sərgisində jurnalistlərlə danışan Makron, “nüvə silahına sahib olan İran” ehtimalını idarə etməkdə “heç bir yumşaqlığın olmamalı” olduğunu vurğulayıb.

“Nüvə danışıqlarına qayıdış mütləq prioritet olmalıdır. Bu danışıqlar sıfır zənginləşdirməyə doğru irəliləyiş, İranın ballistik raket imkanlarının məhdudlaşdırılması və bölgəni sabitliyindən məhrum edən bütün terror qruplarının maliyyələşdirilməsinin dayandırılmasını əhatə etməlidir,” – deyə Makron bildirib.

O əlavə edib ki, Xarici İşlər Naziri Jan-Noel Barro və Almaniya ilə Britaniyadakı həmkarları İranın Xarici İşlər Naziri Abbas Əraqçi ilə “diplomatik və texniki baxımdan tam danışıqlar” aparmağı təklif edəcəklər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp