Makron: Respublikamızda zorakılığa əsla yer yoxdur
Paris, 17 oktyabr (Hibya) - Fransa Prezidenti Emmanuel Makron dövlət qurumlarına və müəssisələrə qarşı hücumların cəzasız qalmayacağını bildirərək, zorakılıq hadisələrində iştirak edən şəxslərin məhkəmə qarşısına çıxarılacağını və cəzalandırılacağını açıqlayıb.
Fransa Prezidenti Emmanuel Makron verdiyi açıqlamada dövlət qurumlarına, kommersiya müəssisələrinə və bələdiyyələrə qarşı hücumları pisləyib.
Makron zorakılıq hadisələrində iştirak edən şəxslərin mühakimə olunacağını və cəzalandırılacağını bildirərək, nümayiş keçirmək hüququnun təmin edilməsində vəzifə yerinə yetirən təhlükəsizlik qüvvələrinə dəstəyini ifadə edib.
Makron dövlət qurumlarını hədəf alan və tələblərini dinc yolla ifadə etmək istəyən şəxslərin nümayiş keçirməsinə mane olan cəhdlərə qarşı birlik çağırışı edib.
Azərbaycan İnformasiya Agentliyi