Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriyanın xarici işlər və xaricdə yaşayan vətəndaşlarla iş üzrə naziri Əsəd Həsən əş-Şeybani İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası çərçivəsində İraqın Baş naziri Əli Fəhmi əz-Ziyadi ilə danışıqlar aparıb.

Suriyanın Xarici İşlər və Xaricdə Yaşayan Vətəndaşlarla İş üzrə Nazirliyinin sosial media hesabında yayımlanan açıqlamaya görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin gücləndirilməsi yolları müzakirə olunub.

Tərəflər həmçinin regionda baş verən son hadisələri qiymətləndiriblər. Açıqlamada mövcud çağırışların öhdəsindən gəlmək üçün iki ölkənin mövqelərinin uzlaşdırılmasının vacibliyi vurğulanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp