Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Baş nazir Meloni bəzi qondarma xeyriyyə təşkilatları vasitəsilə HƏMAS-ı 7 milyon avrodan artıq maliyyələşdirməkdə şübhəli bilinən doqquz nəfərin saxlanılması üzrə aparılan əməliyyatı yüksək qiymətləndirib.

Meloni bildirib ki, saxlanılanlar arasında İtaliyadakı Fələstinlilər Assosiasiyasının sədri Məhəmməd Mahmud Əhməd Hannun da var və istintaqçılar onu HƏMAS-ın xarici strukturunun üzvü və təşkilatın İtaliyadakı hücrəsinin rəhbəri kimi xarakterizə ediblər.

Meloni öz adından və hökumət adından Genuya Prokurorluğuna, Milli Mafiya və Terrorla Mübarizə İdarəsinə, Dövlət Polisinə, Maliyyə Polisinə və kəşfiyyat dəstəyi göstərən AISE-yə təşəkkür edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp