Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Metsola islahatın əhəmiyyətini qiymətləndirərkən deyib: “Bazar Sabitliyi Ehtiyatı ilə bağlı razılaşdırılmış islahat proqnozlaşdırıla bilmə imkanlarını artıracaq və rəqabət qabiliyyətini gücləndirəcək”.

Avropa Parlamentinin təklif çatışmazlığına və qiymət dalğalanmalarına qarşı daha hazırlıqlı karbon bazarı yaratdığını qeyd edən Metsola bunun şirkətlərin investisiya yatırmaq və böyümək üçün ehtiyac duyduğu etimad mühitini təmin edəcəyini vurğulayıb.

Metsola razılaşmanın əldə olunmasına verdikləri töhfələrə görə Avropa Parlamentinin Ətraf Mühit Komitəsinin sədri və məruzəçisi Pierfrancesco Maranı, Avropa İttifaqı Şurasını və İrlandiyanın Aİ Şurasına dövri sədrliyini təbrik edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp