Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Parlamentinin (AP) Prezidenti Roberta Metsola Avropa İttifaqının (Aİ) genişlənmə prosesinin sürət qazandığını bildirərək namizəd ölkələrin atdığı yeni addımların daha güclü və daha birləşmiş Avropa məqsədini möhkəmləndirdiyini qeyd edib.

Metsola sosial media hesabında məsələ ilə bağlı açıqlamasında deyib: “Genişlənmə prosesi irəliləyir və sürət qazanır. Bu gün Ukrayna və Moldova hərəsi daha iki danışıqlar klasteri açaraq irəliyə doğru daha bir addım atdı. Monteneqro üç fəsli, Albaniya isə daha bir fəsli bağladı.”

Namizəd ölkələrin əldə etdiyi irəliləyişə diqqət çəkən AP Prezidenti Metsola müxtəlif ölkələrin hamısının daha güclü, daha təhlükəsiz və daha birləşmiş Avropa yolunda irəliləyiş əldə etdiyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp