Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniyanın xarici işlər naziri Margus Tsahkna Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarında hər biri üzrə daha iki klasterin açılması ilə üzvlüyə daha bir addım yaxınlaşdığını bildirib və Aİ-nin genişlənməsinin Avropanın təhlükəsizliyi və sabitliyi baxımından kritik əhəmiyyət daşıdığını qeyd edib.

Tsahkna sosial media hesabında məsələ ilə bağlı açıqlamasında deyib: “Aİ-nin genişlənməsi Avropanın təhlükəsizliyinə, sabitliyinə və rifahına strateji sərmayədir. Ukrayna və Moldova Aİ-yə məxsusdur. Qalan klasterləri də sürətlə açaraq bu tempi qoruyub saxlamalıyıq.”

Tsahkna açıqlamasında Monteneqro və Albaniya ilə aparılan danışıqlar proseslərindəki irəliləyişi də məmnunluqla qarşıladığını bildirib, Monteneqro ilə üç, Albaniya ilə isə bir klasterin bağlandığını qeyd edərək daha güclü və daha geniş Aİ-nin hər kəsin ortaq marağında olduğunu vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp