Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Myanmanın Arakan bölgəsində yaşayan müsəlman Rohincalara qarşı soyqırımı törətdiyinə dair qərarından sonra Myanma rəhbərliyinə qarşı yeni addımlar atacaqlarını açıqlayıb.

Miliband qərardan sonra mövcud sanksiyalara əlavə olaraq Myanmanın Londondakı müdafiə attaşesinin ölkədən çıxarılması barədə qərar qəbul edildiyini bildirib. O, həmçinin qərarın müzakirəsi məqsədilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına təşəbbüs göstərəcəklərini açıqlayıb. Myanmanın müvəqqəti işlər vəkilinin də Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılacağını bildirən Miliband deyib: “Məhkəmənin qərarının bu dəhşətli cinayətlərin cəzasız qala bilməyəcəyinə dair aydın mesaj verməsini təmin etməliyik.”

Rohinca xalqının illərdir zorakılığa, məcburi köçkünlüyə və təqiblərə məruz qaldığını vurğulayan Miliband Myanmanın BƏM-in qərarına tam əməl etməli olduğunu bildirib. Beynəlxalq ictimaiyyəti qərarın icrasına və məsul şəxslərin cavabdehliyə cəlb olunmasına dəstək verməyə çağıran Miliband deyib: “Rohincaların yanında olmağa və Myanma üçün dinc, demokratik və inklüziv gələcəyi dəstəkləməyə qətiyyətlə davam edirik.” Miliband həmçinin məsul şəxslərin cavabdehliyə cəlb olunmasını təmin etmək məqsədilə qarşıdakı günlərdə yeni addımlar açıqlayacaqlarını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp