Moldovadan Ukraynaya dəstək mesajı
London, 1 avqust (Hibya) - Moldova Prezidenti Maya Sandu bildirib ki, Moldova Avropada sülhü qorumaq uğrunda mübarizə aparan Ukraynanın yanındadır.
Prezident Sandu qeyd edib ki, Rusiya hər gün Ukrayna şəhərlərini bombalayır.
Kiyevdə uşaqlar da daxil olmaqla onlarla insanın həyatını itirdiyini bildirən Sandu deyib: “Bu, hər gün baş verən sistemli bir terror aktıdır. Ukrayna Avropada sülhü qorumaq üçün mübarizə apararkən, Moldova onun yanındadır.”
Sandu Ukraynanın itkilərinə görə dərin hüzn hissi keçirdiyini bildirib.
Azərbaycan İnformasiya Agentliyi