Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Monteneqronun Baş naziri Miloyko Spajiç 18 yaşadək qadınlar arasında həndbol üzrə Dünya Çempionatında gümüş medal qazanan milli komandanı təbrik edib.

Tarixi nailiyyətlə bağlı açıqlama verən Spajiç deyib: “Qızlarımızı izləmək böyük zövq idi! Tarixi medal və 18 yaşadək Dünya Çempionatında əldə edilən ən yüksək nəticə! Bu çempionatda etdiyiniz hər şeylə son dərəcə qürur duyuram.”

Milli komandanın ardıcıl uğurlarını vurğulayan Spajiç bildirib: “Ardıcıl ikinci yaydır ki, yerinizin dünyanın ən yaxşıları arasında olduğunu və Monteneqronun həndbolda parlaq gələcəyə sahib olduğunu göstərirsiniz.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp