Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sıbiha Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) yayımladığı hesabata münasibət bildirərək, açıqlamanın müharibənin həqiqi kontekstini əks etdirmədiyini və qurumun hadisələrlə bağlı natamam məlumatlar paylaşdığını qeyd edib.

UNICEF-in mövqeyinə diqqət çəkən Sıbiha deyib: “UNICEF-in 4 avqust tarixli açıqlamasında əsas məqamın nəzərdən qaçırılması son dərəcə təəssüf doğurur: bu uşaq ölümlərinin hamısı Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin birbaşa nəticəsidir. UNICEF bu itkiləri həmin əsas kontekst olmadan təqdim etməklə təcavüzkarla qurban arasında yanlış bərabərlik yaradır.”

Açıqlamadakı məlumat çatışmazlıqlarına toxunan Sıbiha bildirib: “Bundan əlavə, UNICEF-in açıqlamasında əsas faktların yoxlanılması çatışmır. Rusiyanın Krasnodar şəhərindəki itkilərin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən qarşısının alındığı bildirilən pilotsuz uçuş aparatı nəticəsində baş verdiyi qeyd edilməyib. Həmçinin Ukraynadakı itkilərlə bağlı məlumat da təsdiqlənməyib: Dnepropetrovsk vilayətində bir ailədən üç deyil, yeddi uşaq öldürülüb.”

Son insan itkilərinə toxunan Sıbiha deyib: “Dünən isə Rusiya Kiyev vilayətində daha bir 3 yaşlı oğlan uşağını öldürdü.”

Beynəlxalq quruma çağırış edən Sıbiha açıqlamasını bu sözlərlə tamamlayıb: “Bunlar Rusiyanın hərbi cinayətləridir. UNICEF-i bu iyrənc cinayətləri qınamağa və Rusiyanı günahsız ukraynalı uşaqları öldürməyi dayandırmağa çağırmağa dəvət edirik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp