Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Şimali Makedoniyanın xarici işlər naziri Timço Mucunski bildirib ki, Aİ ilə xarici və təhlükəsizlik siyasəti sahəsində uyğunluq ölkənin İttifaqa üzvlük istiqamətində strateji seçiminin güclü göstəricisidir və Şimali Makedoniyanın etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Ötənilki tövsiyələrin böyük ölçüdə yerinə yetirildiyini qeyd edən Mucunski Aİ ilə xarici siyasət və təhlükəsizlik məsələlərinə dair fəal siyasi dialoqun davam etdiyini bildirib.

Hesabatda həmçinin 30-cu fəsil olan “Xarici Əlaqələr” bölməsi üzrə yüksək hazırlıq səviyyəsinə çatıldığı, Aİ-nin ticarət siyasəti ilə sıx uyğunluğun təmin edildiyi və regional iqtisadi əməkdaşlığa fəal töhfə verildiyi qeyd olunub. Müdafiə hazırlığının artırılması, Ukraynaya göstərilən dəstək, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) fəal fəaliyyət də müsbət qiymətləndirilib.

Mucunski bildirib ki, bu qiymətləndirmələr Şimali Makedoniyanın xarici siyasət istiqamətinin aydınlığını, Aİ qarşısında etibarlı tərəfdaş mövqeyini və İttifaqa tam üzvlük məqsədinə sadiqliyini bir daha nümayiş etdirir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp