Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Şimali Makedoniyanın xarici işlər naziri Timço Mucunski Rusiyanın Latviyanın diplomatik missiyasının yerləşdiyi Slovyanska həyata keçirdiyi hücumu pisləyən bəyanat yayıb.

Hücumların qəbuledilməz olduğunu vurğulayan Mucunski bildirib: "NATO müttəfiqimiz Latviyanın diplomatik missiyasının yerləşdiyi Slovyanska Rusiyanın həyata keçirdiyi hücumu qətiyyətlə pisləyirik. Rusiyanın Ukrayna boyunca mülki şəxslərə və mülki infrastruktura qarşı davam edən hücumları daha çox günahsız insanın həyatına son qoyur və bu qəbuledilməzdir."

Beynəlxalq hüququn normalarına riayət edilməsinin vacibliyinə diqqət çəkən Mucunski deyib: "Beynəlxalq hüququn bu açıq pozuntuları və insan həyatına qarşı bu laqeydlik sona çatmalıdır."

Mucunski bəyanatını belə yekunlaşdırıb: "Zərərçəkənlərlə həmrəyik və qurbanların ailələrinə ən dərin başsağlığımızı çatdırırıq."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp