Nazir Tsahknadan Türkiyəyə Cümhuriyyət Bayramı təbriki
Tallinn, 29 oktyabr (Hibya) - Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Türkiyə Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə təşkil olunan qəbul mərasimində iştirak edib.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Türkiyə Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə təşkil olunan qəbul mərasimində iştirak edib.
Tsahkna Türkiyənin Estoniyadakı səfiri Yonca Özçerinin ev sahibliyi etdiyi qəbul mərasimində Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.
Estoniya ilə Türkiyənin NATO çərçivəsində güclü müttəfiqlər olduğunu bildirən Tsahkna iki ölkənin ortaq təhlükəsizliyin təmin olunması istiqamətində qətiyyətlə əməkdaşlıq etdiyini vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi