Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliyanın Baş naziri Corcia Meloni Bosniya və Herseqovinada Avropa İttifaqının EUFOR sülhməramlı qüvvələrinə məxsus İtaliya helikopterinin iştirakı ilə baş vermiş qəza ilə bağlı açıqlama verib.

Meloni qəzadan dərin kədər hissi keçirdiyini bildirərək, həlak olanların yaxınlarına və bölgədə sülh və sabitliyin təmin olunması məqsədilə fəaliyyət göstərən heyətə dəstək mesajı ünvanlayıb.

İtaliyanın Baş naziri açıqlamasında deyib: “Düşüncələrim həyatını itirənlərlə, onların ailələri ilə və bölgədə sülh və sabitlik naminə həyata keçirilən missiyada iştirak edən, hazırda narahatlıq dolu saatlar yaşayan hər kəslədir. Onlara həm şəxsən öz adımdan, həm də İtaliya hökuməti adından ən səmimi dəstəyimi ifadə edirəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp