Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında Rusiya qüvvələrinin gecə boyu Zaporijyaya ən böyük PUA hücumlarından birini həyata keçirdiyi qeyd olunub.

Bildirilib ki, ilk dalğa 1 yanvar axşamı gec saatlarda baş verib və üç yanğına səbəb olub, ikinci hücum isə 2 yanvar gecəsi həyata keçirilib və bir ticarət mərkəzini yandırıb. Nazirliyin açıqlamasında həmçinin deyilir:

“Bundan əlavə, Rusiya qüvvələri gün ərzində Zaporijya vilayətində 27 yaşayış məntəqəsinə 700-dən çox hücum həyata keçirib. Bunlara yüzlərlə PUA hücumu və artilleriya atəşi daxildir. Bir gün ərzində evlərə, nəqliyyat vasitələrinə və infrastruktura dəyən ziyanla bağlı 50-dən çox hesabat alınıb. İki nəfər yaralanıb.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp