Neftin qiyməti artıb, təbii qaz isə ucuzlaşıb
İstanbul, 20 oktyabr (Hibya) - Qlobal əmtəə bazarlarında neftin qiyməti yüksəldiyi halda, təbii qazın qiyməti azalıb. ABŞ xam nefti 0,27 faiz, Brent markalı neft isə 0,26 faiz bahalaşıb.
ABŞ xam neftinin bir barelinin qiyməti 103,94 dollara, Brent markalı neftin bir barelinin qiyməti isə 109,83 dollara yüksəlib. Benzin üzrə fyuçerslər 0,30 faiz artaraq 3,2009 dollara, aşağı kükürdlü dizel yanacağı üzrə fyuçerslər isə 0,53 faiz yüksələrək 4,9463 dollara çatıb.
Təbii qaz üzrə fyuçerslər 1,14 faiz azalaraq 3,023 dollar səviyyəsinə enib.
Azərbaycan İnformasiya Agentliyi