Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin yaydığı məlumatlara görə, işləyən ailələr üçün vergi güzəştləri çərçivəsində Şimali Karolinada 184 min iş yeri qorunub və 17 milyard dollar məbləğində əməkhaqqı gəliri saxlanılıb. Ştatda orta hesabla 3 min 542 dollar vergi geri qaytarıldığı, Amazon şirkətinin 10 milyard dollarlıq investisiya elan etdiyi və kənd yerlərində səhiyyə xidmətləri üçün 213 milyon dollar vəsait ayrıldığı bildirilib.

Açıqlamada həmçinin Helene qasırğasından sonra aparılan bərpa işləri üçün 1,4 milyard dollar məbləğində qrant ayrıldığı və Qrinsboro şəhərində 14 min 560 yeni iş yerinin elan edildiyi qeyd olunub. Bundan əlavə, Fort Braqq hərbi bazasında 52 mindən çox hərbi qulluqçunun olduğu bildirilib.

Təhlükəsizlik göstəricilərinə toxunan Vens ştat üzrə qətl hadisələrinin 2 faiz, Şarlott şəhərində əmlaka qarşı törədilən cinayətlərin 17 faiz, Vilminqtonda isə ümumi cinayətkarlıq səviyyəsinin 16 faiz azaldığını iddia edib. Açıqlamada "ən pislərin ən pisi" kimi xarakterizə edilən şəxslərin də həbs olunduğu bildirilib.

Vens bu göstəriciləri Tramp administrasiyasının siyasətinin əsas nəticələri sırasında təqdim edib. Lakin paylaşımda yer alan rəqəmlərin hansı dövrü əhatə etdiyi və hansı mənbələrə əsaslandığı barədə ətraflı məlumat verilməyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp