Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin Baş naziri Netanyahu israilli nazir Amixay Çiklinin təşəbbüsü ilə Qüdsdə təşkil olunan Antisemitizmlə Mübarizə üzrə İkinci Beynəlxalq Konfransda çıxış etdi. Netanyahu antisemitizmin təkcə yəhudi icması üçün deyil, azad cəmiyyətlər, demokratiya və ortaq sivilizasiya üçün də ciddi təhlükə olduğunu bildirdi.

Netanyahu tarixdən nifrətlə erkən mərhələdə üzləşməyin vacibliyini öyrəndiklərini deyərək, antisemitizmin dözümlə qarşılandıqda sürətlə yayıldığını və yalanların zorakılığa çevrildiyini söylədi. O vurğuladı ki, İsrailin bu gün apardığı mübarizə yalnız öz təhlükəsizliyi üçün deyil, həm də azad dünyanın dəyərləri və azadlıqları üçündür.

Baş nazir xüsusilə gənc yəhudi nəslinə müraciət edərək dedi:

“Başınızı aşağı salmayın. Dik durun. Həqiqəti danışın. Antisemitizmlə cəsarət və açıqlıqla mübarizə apardıqda, biz təkcə yəhudi xalqını deyil, bütün bəşəriyyəti müdafiə etmiş oluruq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp