Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin Baş naziri Benyamin Netanyahu həyat yoldaşı Sara Netanyahu, Mədəniyyət naziri Amihay Eliyahu və Qüds meri Moşe Lion ilə birlikdə Atarot Mədəniyyət Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Mərasim 1976-cı ildə Uqandanın Entebbe hava limanında həyata keçirilmiş və İsrail tarixində mühüm yer tutan Entebbe Əməliyyatının 50 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib.

Atarotdakı tarixi terminal binasında əməliyyatın xatirəsini yaşadacaq irs mərkəzinin yaradılması planlaşdırılır. Netanyahu çıxışında Qüdsün inkişafına diqqət çəkərək bildirib ki, Atarot bölgəsi paytaxtın gələcəyi baxımından strateji əhəmiyyət daşıyır və İsrail hökuməti Qüdsün bütövlüyünü qorumaq və şəhərin şimal hissəsini inkişaf etdirmək istiqamətində fəaliyyətini davam etdirəcək.

Netanyahu həmçinin Atarotun keçmişdə aviasiya fəaliyyətinin mühüm mərkəzlərindən biri olduğunu xatırladaraq, İsrailin mülki və hərbi aviasiya sahəsində qazandığı uğurları vurğulayıb.

O bildirib ki, Entebbe Əməliyyatı İsrailin beynəlxalq mövqeyini gücləndirib və əməliyyatın qəhrəmanlarının, o cümlədən əməliyyat zamanı həlak olmuş qardaşı Yonatan Netanyahunun xatirəsi yeni yaradılacaq mərkəzdə yaşadılacaq.

Baş nazir Netanyahu Atarotun tarixi yaşayış irsinə də toxunaraq, bölgənin yenidən canlandırılması və iqtisadi inkişafı istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp