Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Netanyahu əməliyyatın İsrail Müdafiə Qüvvələri (IDF) və Mossad tərəfindən həyata keçirildiyini bildirərək deyib: “Xüsusi əməliyyatla Zirehli Qoşunların döyüşçüsü baş çavuş Yehuda Yekutiel Katzın nəşini evə gətirdik.”

Netanyahu Sultan Yaqub döyüşündə itkin düşən əsgərlərin tapılması üçün illər ərzində gizli əməliyyatlara icazə verdiyini və ailələrə onların evə qaytarılması istiqamətində işlərin heç vaxt dayandırılmayacağına söz verdiyini bildirib.

Katz ailəsinə müraciət edən Netanyahu deyib: “Əziz Yehudanı sizə, qardaşları Avi və Perachiaya və çox sevdiyi İsrail torpağına qaytarırıq.”

İsrail Müdafiə Qüvvələrinə, Mossada, Şin Betə və İtkinlər və Girovlar üzrə Koordinatorluğa təşəkkür edən Netanyahu deyib: “İsrail Dövləti və mənim rəhbərliyimdəki İsrail hökuməti bu missiyaya sadiqliyini davam etdirir və onu yerinə yetirməyə davam edəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp