Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Baş nazir Orban Brüsselin miqrasiya siyasəti ilə bağlı açıqlamalar verib. O, Avropa İttifaqının hər ölkəni “miqrasiya təcrübəsi”nə çevirmək istədiyini deyərək, “Onlar tənzimləyir, nəzarət edir və müqaviməti əzirlər. Avropanın kökləri silinə bilməz” ifadələrini işlədib.

Miqrasiya siyasətlərinə qarşı mövqelərini davam etdirəcəklərini vurğulayan Orban, “Xalqımızın yerini almalarına icazə verməyi rədd edirik” deyib. Orban həmçinin Aİ tərəfindən tətbiq olunan sanksiyalara toxunaraq, “Xristian sivilizasiyamızı müdafiə etmək üçün gündə 1 milyon avro cərimə ödəmək, millətimizi təslim etməkdən daha ucuzdur” qiymətləndirməsini verib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp