Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan bin Abdullah Al Səudla telefon danışığı aparıb.

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, danışıqlar zamanı iki ölkə arasındakı əməkdaşlıq və onun daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.

Tərəflər həmçinin regiondakı son hadisələri, gərginliyin azaldılmasına, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik təşəbbüsləri və birgə koordinasiya fəaliyyətlərini müzakirə ediblər.

Al Sani danışıq zamanı bütün tərəflərin dialoq və diplomatiyaya sadiq qalmasının vacibliyini vurğulayaraq, ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumu çərçivəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin və Hörmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsinin regional təhlükəsizlik və sabitlik baxımından mühüm olduğunu bildirib.

Açıqlamada Qətərin regionda gərginliyin azaldılmasına və davamlı sülhün təmin olunmasına yönəlmiş diplomatik təşəbbüsləri dəstəkləməyə davam etdiyi qeyd edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp