Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov səlahiyyət müddəti başa çatan Qazaxıstanın Özbəkistandakı səfiri Beybut Atamkulovu qəbul edərək iki ölkə arasında strateji əməkdaşlığa verdiyi töhfələrə görə ona təşəkkür edib.

Saidov bildirib ki, Atamkulovun fəaliyyət dövrü Özbəkistan-Qazaxıstan münasibətlərində tarixi bir mərhələyə təsadüf edib və 22 dekabr 2022-ci ildə iki ölkə arasında Müttəfiqlik Münasibətləri Müqaviləsinin imzalanması ikitərəfli münasibətlərdə mühüm dönüş nöqtəsi olub.

O qeyd edib ki, səfir dostluq, mehriban qonşuluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə şəxsi olaraq mühüm töhfələr verib. Saidov xatırladıb ki, bu xidmətlər Özbəkistan Prezidenti Şövkət Mirziyoyev tərəfindən yüksək qiymətləndirilib və Atamkulov "Dostluq" ordeni ilə təltif olunub.

Saidov bildirib ki, Atamkulovu hər zaman Özbəkistanın səmimi dostu və uğurlu diplomat kimi xatırlayacaqlar və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp