Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri senator Mohammad Ishaq Dar Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Zirvəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Guterres ilə görüşüb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə qlobal və regional hadisələrlə yanaşı, qarşıdan gələn Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasına hazırlıq və BMT Təhlükəsizlik Şurasındakı işlər müzakirə olunub.

Dar Guterresin qlobal problemlərin həllinin tapılması və effektiv çoxtərəfliliyin inkişaf etdirilməsi sahəsində BMT-nin rolunun gücləndirilməsinə yönəlmiş liderliyini yüksək qiymətləndirib.

Pakistanın BMT-yə güclü bağlılığını bir daha təsdiqləyən Dar Pakistan ilə BMT arasındakı münasibətlərin köklü və yaxın xarakterini vurğulayıb.

Guterres isə Pakistanın çoxtərəfli diplomatiya sahəsindəki “konstruktiv və prinsipial rolunu” yüksək qiymətləndirib. BMT-nin Baş katibi Pakistanın regional sülh və təhlükəsizliyin təşviqinə verdiyi töhfələri də təqdir edib.

Görüşdə Dar BMT-nin Baş katibi Guterresi Pakistana dəvət edib. Guterresin dəvəti qəbul etdiyi bildirilib.

Pakistan Xarici İşlər Nazirliyinin səfərin tarixini müəyyən etmək məqsədilə BMT Katibliyi ilə koordinasiya aparacağı qeyd olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp