Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar Londonda Böyük Britaniyanın dövlət naziri Stiven Dauti ilə görüşüb.

Görüşdə ticarət və investisiyaların artırılması, inkişaf etməkdə olan sektorlarda əməkdaşlığın genişləndirilməsi, iqlim sahəsində fəaliyyətlərin gücləndirilməsi və mədəni mübadilələrin təşviqi məsələləri müzakirə olunub. Dar iki ölkə arasındakı siyasi, iqtisadi və institusional əlaqələrin möhkəmləndirilməsi üçün davamlı təmasın əhəmiyyətini vurğulayıb.

Görüşdə regional proseslər də müzakirə olunub, Yaxın Şərq və Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər regional sülh və sabitliyin dəstəklənməsi üçün dialoq və diplomatik təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Böyük Britaniyanın dövlət naziri Dauti isə Pakistanın regional sülh və sabitliyin dəstəklənməsində mühüm rolunu yüksək qiymətləndirərək, ölkəsinin ikitərəfli və regional məsələlərdə Pakistanla sıx təmasları davam etdirməkdə maraqlı olduğunu bir daha bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp