Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası çərçivəsində təşkilatın Baş katibi doktor Əsəd Məcid Xan ilə görüşüb.

Görüş zamanı Dar İƏT regionunda regional əməkdaşlığın, əlaqəliliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. Pakistanın sədrliyi dövründə prioritetlərin “Dayanıqlı İƏT naminə regionalizmin yenidən canlandırılması” mövzusu əsasında müəyyən edildiyini bildirən Dar ölkəsinin 2027-ci il İƏT Zirvə Görüşünə ev sahibliyi etmək əzmini bir daha təsdiqləyib.

İƏT-in Baş katibi Xan Pakistanın iclasın təşkilinə və ev sahibliyinə hazırlıq işlərinə yüksək qiymət verərək ölkəni qarşıdan gələn İƏT Nazirlər Şurası iclasına və Zirvə Görüşünə sədrliyi münasibətilə təbrik edib. Xan Pakistanın regional əməkdaşlığa verdiyi önəmin təşkilatın gündəliyinin irəlilədilməsinə töhfə verəcəyini bildirib.

Tərəflər Pakistanın sədrliyi dövründə ölkə ilə İƏT Katibliyi arasında sıx koordinasiyanın vacibliyini vurğulayıblar. Görüşdə razılaşdırılmış təşəbbüslərin həyata keçirilməsi və regional inkişaf və rifahla bağlı ortaq məqsədlərin irəlilədilməsi barədə razılığa gəlinib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp