Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə ikitərəfli görüş keçirib.

İƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində keçirilən görüşdə iki nazir ikitərəfli münasibətləri nəzərdən keçirib, qarşılıqlı maraq doğuran regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparıb.

Pakistan və İran arasında möhkəm və qardaşlıq münasibətlərini bir daha təsdiqləyən tərəflər yüksək səviyyəli təmasların davam etdirilməsi vasitəsilə ikitərəfli əməkdaşlığı daha da gücləndirmək əzmində olduqlarını vurğulayıblar.

İranın xarici işlər naziri Əraqçi Pakistanın İƏT Nazirlər Şurasının 30-cu iclasına ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək səmərəli danışıqlara, səmimi qonaqpərvərliyə və yüksək səviyyəli təşkilati hazırlığa görə təşəkkürünü bildirib.

Regional hadisələri qiymətləndirən Dar vurğulayıb: “Dialoq və diplomatiya mövcud problemləri həll etmək, gərginliyin artmasının qarşısını almaq və davamlı sülh və sabitliyi təmin etmək üçün yeganə mümkün yol olaraq qalır.” Hər iki tərəf təmasların və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüşün sonunda iki xarici işlər naziri qarşılıqlı maraq doğuran məsələlər üzrə sıx əlaqələri və müntəzəm məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp