Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Misirin xarici işlər naziri Bədr Əbdülati ilə telefon danışığı aparıb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, iki nazir danışıq zamanı regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparıb. Nazirlər həmçinin Qəzzadakı vəziyyəti və Avropada keçirilən R4 və R4+E4 görüşlərini müzakirə ediblər.

Danışıq zamanı regional problemlərin həllində koordinasiyanın gücləndirilməsinin və sülh ilə sabitliyin təmin olunmasına yönəlmiş səylərin irəlilədilməsinin vacibliyi vurğulanıb.

Misirin xarici işlər naziri Əbdülati Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Qahirəyə dəvət edib. Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Dar isə dəvətə görə təşəkkür edərək müsbət cavab verib.

İki nazir qarşılıqlı maraq doğuran məsələlər üzrə sıx əlaqələri və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp