Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ölkəsinə səfər edən Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə iki ölkə arasında ticarət, investisiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və əlaqələndirmə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub. Tərəflər təhsil, peşə hazırlığı, fəlakətlərin idarə edilməsi və informasiya texnologiyaları məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Pakistanın ASEAN ilə münasibətlərinin inkişafı və regional hadisələr nəzərdən keçirilib. İki ölkə fəlakətlərə hazırlıq və onlara cavabvermə imkanlarını gücləndirmək məqsədilə Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Qurumuyla Sinqapurun Mülki Müdafiə Qüvvələri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

Pakistan və Sinqapur diplomatik münasibətlərinin qurulmasının 60-cı ildönümündə ikitərəfli tərəfdaşlığı daha da inkişaf etdirmək əzmlərini bir daha təsdiqləyiblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp