Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Böyük Britaniya Lordlar Palatasının üzvü Aamer Sərfraz ilə telefon danışığı aparıb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Lord Sərfraz söhbət zamanı Darın regional sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş fəal diplomatik təşəbbüslərini yüksək qiymətləndirib.

Tərəflər həmçinin Böyük Britaniyada yaşayan Pakistan diasporunun qarşılaşdığı əsas məsələləri, eləcə də icmanın həm Pakistana, həm də Böyük Britaniyaya verdiyi iqtisadi və sosial töhfələri müzakirə ediblər. Görüş zamanı Böyük Britaniyadakı son siyasi proseslər barədə də fikir mübadiləsi aparılıb.

İshaq Dar Pakistan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, Lord Sərfraz kimi parlamentarilərin də daxil olduğu Pakistan diasporu iki ölkə arasında mühüm körpü rolunu oynayır.

Dar diaspora üzvlərinin xalqlar arasında əlaqələrin inkişafına, ticarət dövriyyəsinin artırılmasına və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsinə bundan sonra da konstruktiv töhfələr verəcəyinə inandığını ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp