Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Çexiya Prezidenti Petr Pavel Macarıstan üsyanının 70-ci ildönümünün ölkələrini Sovet hakimiyyətindən azad etməyə çalışan hər kəsə təşəkkür etmək üçün bir fürsət olduğunu bildirib. Pavel macarların azadlıq arzusu həmin dövrdə tanklarla yatırılmış olsa da, göstərdikləri cəsarətin hörmətə layiq olduğunu vurğulayıb.

Moskvanın bu gün də suveren dövlətlərə öz iradəsini qəbul etdirə biləcəyi düşüncəsindən əl çəkmədiyini iddia edən Pavel Rusiyanın keçmişdə Macarıstan, Çexoslovakiya və Gürcüstanda olduğu kimi, bu gün də Ukraynada güc maraqlarını irəli aparmaq üçün hərbi qüvvədən istifadə etməyə hazır olduğunu bildirib.

Pavel məhz bu səbəbdən hər bir xalqın öz gələcəyi barədə qərar vermək hüququnu müdafiə etdiklərini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp