Petrodan dünyaya çağırış: BMT Venesuela gündəmi ilə toplanmalıdır
Botoga, 3 yanvar (Hibya) – Kolumbiya Prezidenti Qustavo Petro BMT Təhlükəsizlik Şurasının Venesuela gündəmi ilə toplanmasına çağırıb.
Prezident Petro Kolumbiyanın dünəndən etibarən BMT Təhlükəsizlik Şurasının üzvü olduğunu xatırladaraq, Şuranın Venesuelaya qarşı hücum iddialarını qiymətləndirmək üçün dərhal iclasa çağırılmalı olduğunu bildirib.
Petro həmçinin Venesuela sərhədində təhlükəsizlik və koordinasiya məqsədilə Kukuta şəhərində PMU-nun fəaliyyətə başladığını və sərhəd xətti ilə bağlı əməliyyat planının icraya alındığını qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi