Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian dini lider Əli Xameneiyə qarşı hər hansı hücumun İran xalqına qarşı “ümumi müharibə” elan edilməsi kimi qiymətləndiriləcəyini bildirib.

Sosial şəbəkələrdə paylaşım edən Pezeşkian vurğulayıb ki, Xameneini hədəf alan istənilən hərəkət İran üçün qırmızı xətdir.

İran Prezidenti həmçinin ölkənin iqtisadi çətinliklərinə görə Vaşinqtonu məsuliyyətli sayıb və ABŞ ilə onun müttəfiqlərinin tətbiq etdiyi “uzun müddətdir davam edən düşmənçilik” və “qeyri-insani sanksiyaların” İran xalqının üzləşdiyi çətinliklərin əsas səbəbi olduğunu qeyd edib.

Həmin gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqaei də İranın daxili işlərinə müdaxilə edən tərəfin ABŞ olduğunu və Tehran ilə Vaşinqton arasında gərginliyin artmasına görə ABŞ-ın məsul tutulmalı olduğunu bildirib.

Baqaei İranın Münhen Təhlükəsizlik Konfransına dəvətinin ləğvinə də toxunaraq, qərarın Almaniya Xarici İşlər Nazirliyinin təzyiqi altında qəbul edildiyini deyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp