Portuqaliya: Beynəlxalq hüquqa və çoxtərəfliliyə sadiqliyimizi yeniləyəcəyik
Portuqaliya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə yaydığı açıqlamada beynəlxalq hüquqa, çoxtərəfliliyə və münaqişələrin sülh yolu ilə həllinə əsaslanan beynəlxalq nizamın müdafiə edilməsinin vacibliyini bildirib.
Portuqaliya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı Günü çərçivəsində yaydığı açıqlamada BMT Nizamnaməsinin əhəmiyyətinin yenidən vurğulanmasına və beynəlxalq hüquqa əsaslanan nizamın qorunmasına çağırıb.
Açıqlamada beynəlxalq qeyri-sabitliyin artdığına diqqət çəkilərək, Portuqaliyanın yanvar ayında başlayacaq yeni dövrdə BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti zamanı bu öhdəliyinə sadiq qalacağı bildirilib. Həmçinin Portuqaliyanın həmin ay Şuraya növbəli sədrliyi də öz üzərinə götürəcəyi qeyd olunub.
Azərbaycan İnformasiya Agentliyi