Prezident Ərdoğan və Əliyev Çində görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçılarının Zirvəsində iştirak etmək üçün olduğu Çin Xalq Respublikasında Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçirib.
Görüşdə Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığı və əməkdaşlıq sahələri müzakirə olunub, iki ölkənin xüsusilə enerji və nəqliyyat olmaqla bir çox sektorda münasibətləri dərinləşdirmək əzmində olduğu vurğulanıb.
Prezident Ərdoğan, qarşıdakı dövrdə Türkiyə ilə Azərbaycanın regional inkişaf layihələrini sıx əlaqələndirmə ilə həyata keçirməsinin əhəmiyyətinə diqqət çəkib. O həmçinin bildirib ki, atılacaq qarşılıqlı addımlar sayəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatdırılacaq.
Görüşdə Ermənistan ilə Azərbaycan arasında davam edən sülh prosesi də gündəmə gəlib. Prezident Ərdoğan əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edərək, Türkiyənin bu prosesə konstruktiv töhfələr verməyə davam edəcəyini qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi