Qalibaf: ABŞ-ın təhdidlərini nəzərə almırıq
Tehran, 21 iyun (Hibya) - İran İslam Respublikası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İran ABŞ-ın təhdidlərini nəzərə almır və İran Silahlı Qüvvələri hər cür vəziyyətə hazırdır, lazım olan cavabı verəcək.
İran İslam Respublikası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf açıqlamasında ABŞ-ın təhdidlərinin nəzərə alınmadığını bildirib.
Qalibaf İran Silahlı Qüvvələrinin hazır olduğunu vurğulayaraq deyib: “Nə deyirlər-desinlər, biz lazım olan cavabı verəcəyik.”
Azərbaycan İnformasiya Agentliyi