Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantyrov və Oman xarici işlər nazirinin müavini Khalifa Al-Harthy görüşüblər. Görüşdə Qazaxıstan-Oman əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, həmçinin ticarət, iqtisadi və investisiya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Tərəflər mövcud ikitərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə 2025-ci ilin dekabrında Qazaxıstan Respublikası ilə Oman Sultanlığı arasında keçirilən Hökumətlərarası Komissiyanın ilk iclasının nəticələri qiymətləndirilib. Tərəflər həmçinin Hökumətlərarası Komissiyanın ikinci iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Görüşdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi və birgə layihələrin təşviqi məqsədilə Qazaxıstan-Oman Biznes Şurasının və Birgə İnvestisiya Fondunun yaradılmasına da əhəmiyyət verilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp